Modern.az

Berlində iğtişaşlar - 18 nəfəri saxlanıldı

Berlində iğtişaşlar - 18 nəfəri saxlanıldı

Dünya

14 Dekabr 2025, 14:49

Berlin polisi şənbə günü keçirilən nümayişdən sonra ictimai asayişin pozulması ilə bağlı 18 nəfəri saxlayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə yerli polisin "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilib.

 

Məlumata görə, Berlinin Fridrixshayn rayonunda radikal solçu tərəfdarların nümayişi zamanı baş verən iğtişaşlarda səkkiz polis əməkdaşı xəsarət alıb.

 

"Hazırkı məqamda ictimai asayişin, Almaniya Cinayət Məcəlləsinin 86a maddəsinin (anti-konstitusion təşkilatların simvollarından istifadənin qadağan olunması) və partlayıcı maddələr haqqında qanunun pozulması ilə əlaqədar 18 nəfəri saxlamağa məcbur olduq", – açıqlamada qeyd olunub.

 

Hüquq mühafizə orqanlarının məlumatına görə, Almaniyanın paytaxtında keçirilən mitinqdə təxminən min nəfər iştirak edib, təhlükəsizliyi isə 500 polis təmin edib. Gecəyə yaxın nümayişçilər aqressiv davranmağa başlayaraq polislərə butulkalar, fişənglər atıb və qadağan olunmuş təşkilatların şüarlarını səsləndiriblər.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?