Modern.az

Sudanda kütləvi məzarlıq salındı - FOTOLAR

Sudanda kütləvi məzarlıq salındı - FOTOLAR

Dünya

14 Dekabr 2025, 16:37

Sudanın paytaxtı Xartumda ordunun və silahlı birləşmələrin qarşıdurmasından sonra kütləvi məzarıqlarla bağlı ən son fotolar yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Aljazeera" məlumat yayıb.

 

Şiddətli döyüşlər getdiyi zaman insanlar cənazələri evinin həyətində dəfn edirdi.

 

Agentliyin verdiyi məlumata görə, döyüşlər səbəbindən qəbiristanlıqlara çıxış mümkün olmayıb.

 

Hazırda Xartum Vilayəti müvəqqəti şəkildə dəfn edilmiş insanların qalıqlarının çıxarılaraq qəbiristanlıqlara köçürülməsi üçün genişmiqyaslı kampaniyaya start verilib.

 

Məzarlıqların qazılması prosesini həyata keçirmək üçün dövlət və yerli komitələr yaradılıb. Bu komitələrə məhkəmə-tibbi ekspertiza, Mülki Müdafiə, Sudan Qızıl Hilalı, həmçinin məhəllə idarəetmə və xidmət komitələrinin nümayəndələri daxildir.

 

Proses mərhələli şəkildə aparılacaq. İlk mərhələ müvəqqəti dəfn yerlərinin müəyyən edilməsindən ibarətdir.

 

Bundan sonra ailələr məlumatlandırılır və onlara qazılmadan tutmuş yenidən dəfnə qədər bütün mərhələlərdə iştirak edəcək bir nümayəndə təyin etmək imkanı verilir.

 

Qeyd edək ki, Sudanda döyüşlər Sudan ordusu ilə paramilitar Rapid Support Forces (RSF) arasında gedirdi. Bir tərəfdə Sudan Silahlı Qüvvələri (rəsmi ordu), digər tərəfdə Rapid Support Forces (RSF) adlanan silahlı paramilitar qruplaşma halında mübarizə aparırlar. Bu qarşıdurma 2023-cü ildən başlayaraq xüsusilə Xartum, Omdurman və Xartum Şimal kimi şəhərlərdə şiddətli döyüşlərə səbəb olub və ölkədə ağır humanitar böhran yaradıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?