Bazar günü Tehranda Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulovun iştirakı ilə Əfqanıstanın qonşu dövlətlərinin görüşü keçirilib.
Modern.az xəbər verir ki, görüşün əsas mövzusu İslam Əmirliyində vəziyyətin normallaşdırılması olub.
İranın xarici işlər naziri görüşdən sonra dövlət televiziyasına verdiyi müsahibədə bildirib: "Əfqanıstan çox vacib bir ölkədir. Məqsədimiz Əfqanıstan hökuməti ilə qonşu dövlətlər arasında regional koordinasiya və inteqrasiyadır və bu, regionda sülhün, sabitliyin bərqərar olmasına və tərəqqiyə nail olmağa yönəlib".
Onun sözlərinə görə, görüş iştirakçılarının hamısı qəti şəkildə inanır ki, sabitlik yalnız üçüncü ölkələrin müdaxilə etməməsi ilə əldə ediləcək. Əraqçi əlavə edib ki, NATO və Amerika qoşunlarının iyirmi illik mövcudluğu Əfqanıstan xalqına həqiqətən böyük əzablar gətirib.