Modern.az

Zelenski Almaniyadadır

Zelenski Almaniyadadır

Dünya

14 Dekabr 2025, 20:27

Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqlarının müzakirəsi üçün Almaniyada səfərdədir.

Modern.az xəbər verir ki, o, Almaniya Kansleri Fridrix Mertslə görüşüb.

Dekabrın 15-də Kansler Fridrix Merts və Prezident Volodimir Zelenski, Avropanın bir sıra dövlət və hökumət başçıları, o cümlədən Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, eləcə də Avropa İttifaqının və NATO-nun yüksəkvəzifəli rəsmiləri Berlində sülh danışıqlarına dair görüşdə iştirak edəcəklər. ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkof və Cared Kuşner də görüşdə iştirak etmək üçün Berlinə gəliblər.

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı