ABŞ Prezidenti Donald Tramp bazar günü Suriyada iki ABŞ əsgəri və bir tərcüməçinin öldürülməsindən sonra cavab olaraq qarşı tərəfə çox ciddi ziyan veriləcəyini açıqlayıb.
Modern.az-ın məlumatına görə, bu barədə o, Ağ Evdə keçirilən Milad qəbulunda çıxışı zamanı deyib.
“Üç böyük vətənpərvər şəxs pis insanlar tərəfindən öldürüldü. Bu, Suriya hökuməti yox, İŞİD idi. Sizə deyə bilərəm ki, Suriyada bunu edən insanlara çoxlu ziyan dəyəcək”, - deyə Tramp bildirib.
O əlavə edib ki, Suriyanın yeni prezidenti ABŞ tərəfdə vuruşub. Tramp yaralanan üç amerikalıdan ikisinin xəstəxanadan evə buraxıldığını bildirib.