Çilinin ultra-mühafizəkar Respublika Partiyasının namizədi Xose Antonio Kast prezident seçkilərində qalib gəlib.
Modern.az Reuters-ə istinadən xəbər verir ki, ölkənin seçki xidmətinin məlumatına görə o, ikinci turda səslərin 58,30%-ni toplayıb.
Kastin əsas rəqibi, Kommunist Partiyasından olan keçmiş Əmək və Sosial Təminat naziri Jeanette Jara səslərin 41,70%-ni toplayıb.
"Demokratiya ucadan və aydın şəkildə öz sözünü deyib", - deyə Jara məğlubiyyətini etiraf edərək bildirib. O, Kastsa uğurlar arzulayıb.
59 yaşlı Kast uzun siyasi karyerası boyunca davamlı olaraq sərt sağçı baxışlara sahib olub. O, sərhəd divarlarının tikintisinə, cinayətkarlığın yüksək olduğu ərazilərə qoşunların yerləşdirilməsinə və bütün qanunsuz immiqrantların deportasiyasına çağırıb. Kastın hakimiyyətə gəlməsi Latın Amerikasında "dirçələn sağçı hərəkatın daha bir qələbəsi" və Ekvadorda Daniel Noboanın, Salvadoru Nayib Bukelenin və Argentinanı Xavyer Mileyin qələbəsinin davamı kimi qiymətləndirilir.
“The Times” qəzeti Kastı ABŞ prezidenti Donald Tramp və Çili diktatoru Auqusto Pinoçetin tərəfdarı adlandırıb. Siyasətçi özü generalın idarəetmə tərzinə rəğbətini gizlətməyib və onun “ölkəni keyfiyyətcə yeni səviyyəyə qaldırdığını” bildirib, eyni zamanda, Pinoçetin dövründə insan haqlarının pozulmasının baş verdiyini də inkar etməyib.