Modern.az

ABŞ Zelenskinin ərazi güzəştlərinə getməsinə İSRAR EDİR

ABŞ Zelenskinin ərazi güzəştlərinə getməsinə İSRAR EDİR

Dünya

15 Dekabr 2025, 13:55

Ukrayna prezidenti Vladimir Zelenskinin Berlində Amerika nümayəndə heyəti ilə danışıqları davam edir.

Modern.az Qərb mediasına istinadla bildirir ki, Berlindəki danışıqlarla tanış olan mənbə onları "çətin" adlandırıb və tərəflərin görüşü "Rusiyanın iştirakı olmadan belə bir mübarizə"yə çevirdiklərini vurğulayıb.  Məlumata görə, Amerika tərəfi sülh müqaviləsi layihəsi üzrə güzəştə getmək istəmir.

Bundan başqa, Ukrayna ABŞ-ın Donbasda silahsızlaşdırılmış "azad iqtisadi zona" yaratmaq təklifini rədd edib. ABŞ isə Avropanın sərt müqavimətinə baxmayaraq, Ukraynanın Rusiyaya ərazi güzəştlərinə getməsinə israr edir.

Avropa liderləri öz növbələrində hesab edirlər ki, Ukraynaya təhlükəsizlik zəmanətləri təklif olunana qədər ərazi məsələsində heç bir irəliləyiş əldə edilə bilməz.

Kompromis olaraq, Vladimir Zelenski Ukraynanın NATO üzvlüyünü tələb etməməyə hazır olduğunu, eyni zamanda bu halda ölkəyə alyansın nizamnaməsinin 5-ci maddəsinə bənzər xüsusi kollektiv müdafiə mexanizmi təqdim edilməli olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır