Ukrayna ordusu Həştərxan qaz emalı zavoduna uğurlu zərbə endirib.
Modern.az xəbər verir ki, Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Zərbə nəticəsində partlayışlar və yanğın qeydə alınıb. Bu barədə APU-nun Baş Qərargahının Telegram-dakı məlumatında deyilir.
Qeyd edək ki, Həştərxan qaz emalı zavodu Rusiyanın neft və qaz sənayesinin əsas müəssisələrindən biridir.