Modern.az

Dünyanın ən böyük kruiz gəmi "qəbiristanlığı" Türkiyədə aşkarlanıb

Dünyanın ən böyük kruiz gəmi "qəbiristanlığı" Türkiyədə aşkarlanıb

Dünya

16 Dekabr 2025, 08:38

Türkiyənin Egey dənizindəki Aliağa limanında köhnə kruiz gəmilərinin söküldüyü qeyri-adi bir ərazi mövcuddur. Buradakı gəmilər illərdir Aralıq dənizi boyunca turistləri daşıyıb və indi son dayanacağa çatıblar.

Modern.az xəbər verir ki, bu barədə ukraynalı dənizçi Mixaylo Malyar öz "Telegram" kanalında danışıb.

Onun sözlərinə görə, limandakı köhnə kruiz gəmilərinin dəyəri yüzmilyonlarla dolları ötür.

"Pandemiyadan sonra bir çox şirkət gəmilərini istismardan çıxarıb və onları təkrar emal üçün buraya gətiriblər. Aliağada hər il təxminən 900 000 ton polad sökülür", - deyə dənizçi qeyd edib.

Mixaylo Malyara görə, bu ərazi dünyanın ən böyük kruiz gəmisi "qəbiristanlığı"dır.

1485237

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır