Güclü külək nəticəsində Braziliyanın Rio Qrande-du-Sul ştatının Quaiba bələdiyyəsində yerləşən Azadlıq Heykəlinin surəti çöküb.
Modern.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.
Məlumata görə, Azadlıq Heykəlinə bənzər abidə şiddətli fırtına zamanı postamentindən qoparaq aşmağa başlayıb. Portal qeyd edir ki, bölgə üçün saniyədə 25 metrdən çox külək sürəti ilə bağlı xəbərdarlıq edilib.
G1-in məlumatına əsasən, heykəlin postamenti də daxil olmaqla ümumi hündürlüyü 35 metr olub, uçaraq qopan hissənin hündürlüyü isə 24 metr təşkil edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.