Modern.az

Ağ Evdə qalmaqal

Ağ Evdə qalmaqal

Dünya

16 Dekabr 2025, 23:05

Ağ Ev ABŞ-ın "Vanity Fair" jurnalını Prezident Administrasiyasının rəhbəri Syuzi Uaylsın sözlərini təhrif etməkdə ittiham edib.

Modern.az-ın məlumatına görə, "Bloomberg" yazır ki, qalmaqal jurnalın Uaylsın milyarder İlon Mask və vitse-prezident Cey Di Venslə bağlı tənqidi fikirlərinin yer aldığı məqaləsindən sonra başlayıb.

Məlumata görə, çərşənbə axşamı dərc olunan və pullu girişlə yayımlanan material jurnalistlərin təxminən bir il ərzində Syuzi Uaylsla apardığı söhbətlərə əsaslanır. Həmin yazıda onun ABŞ Prezidenti Donald Trampın yaxın ətrafı barədə açıq və bəzən sərt fikirlər səsləndirdiyi iddia olunur.

Məqalədə Uaylsın İlon Maskı ketaminin “aqressiv” istifadəçisi adlandırdığı, eləcə də Maskın Adolf Hitler, İosif Stalin və Mao Tszedunun hakimiyyəti dövründə milyonlarla insanın ölümünə dövlət qulluqçularının məsuliyyət daşıdığına dair X sosial şəbəkəsində paylaşım edərkən “mikrodozalar” qəbul etmiş ola biləcəyini dediyi qeyd olunur. Bununla yanaşı, Uayls Maskın narkotik istifadə etməsi ilə bağlı birbaşa məlumatının olmadığını da bildirib.

"Vanity Fair" yazır ki, Syuzi Uayls vitse-prezident Cey Di Vensi “konspirasiya nəzəriyyələrinin tərəfdarı”, Ağ Evin Büdcə İdarəsinin rəhbəri Rass Voutu isə “tam sağçı fanatik” kimi xarakterizə edib. Həmçinin ABŞ-ın baş prokuroru Pem Bondi Ceffri Epşteyn işi ilə bağlı sənədlərlə işləməsinə görə tənqid olunub.

Qalmaqaldan sonra Syuzi Uayls X sosial şəbəkəsində paylaşım edərək məqaləni “mənə, tarixdəki ən yaxşı prezidentə, Ağ Ev əməkdaşlarına və Nazirlər Kabinetinə qarşı vicdansız şəkildə uydurulmuş hücum” adlandırıb. O bildirib ki, vacib kontekst nəzərə alınmayıb, özü və digərlərinin prezident və komanda haqqında dediklərinin böyük hissəsi məqalədən çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır