Modern.az

Ukraynada vətəndaş müharibəsi olacaq?

Ukraynada vətəndaş müharibəsi olacaq?

Dünya

17 Dekabr 2025, 00:56

Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda ölkənin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı müharibədən sonrakı dövrdə veteranlarla bağlı ciddi risklərin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, bu fikirləri “Veteranlar yeni siyasi subyekt kimi: müharibədən sonrakı Ukrayna üçün qarşılıqlı münasibət qaydaları” adlı onlayn forumda səsləndirib.

Sabiq komandan hətta Ukraynada vətəndaş müharibəsi təhlükəsi olduğunu bildirib.

Zalujnının sözlərinə görə, müharibə hələ bitməsə də, cəmiyyətdə bəzi hallarda hərbçilərə qarşı mənfi münasibət formalaşmağa başlayıb. O bildirib ki, müharibədən qayıdan və ordudan tərxis olunan şəxslər iqtisadi vəziyyətin pisləşməsi fonunda işsizlik, gəlir itkisi, mənzil və cəmiyyətə inteqrasiya problemləri ilə üzləşə bilərlər. Bu isə döyüş təcrübəsi olan insanların müxtəlif təxribatlara və qeyri-qanuni yollarla “asan pul” qazanmaq cazibəsinə düşməsinə səbəb ola bilər.

Zalujnı qeyd edib ki, bu cür proseslər cinayətkarlığın artması və küçələrdə təhlükəsizlik risklərinin yüksəlməsi ilə nəticələnə bilər. O, İkinci Dünya müharibəsindən və Əfqanıstan müharibəsindən sonrakı dövrlərin bu baxımdan ciddi nümunələr ortaya qoyduğunu xatırladıb.

Sabiq baş komandan siyasi sabitliyin də risk altında ola biləcəyini istisna etməyib. Onun sözlərinə görə, müharibənin başa çatması və təxminən bir milyon hərbçinin, imkanı olanların, evlərinə qayıdaraq veteran statusuna keçməsi həm dövlət, həm cəmiyyət, həm də elə veteranların özləri üçün yeni və çətin bir mərhələ olacaq. Zalujnı bu prosesin düzgün idarə olunmaması halında ölkə üçün ağır nəticələr doğura biləcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır