“Rəsmi Moskvanın qəfildən yadına düşüb ki, Ermənistanın Meğri rayonundan keçən dəmir yolu xətti Rusiya Dəmir Yollarına məxsusdur”...
Modern.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Eks-nazir deyib ki, Meğridən keçən dəmir yolu xətti əslində Azərbaycanın mülkiyyətidir
“Həm Ermənistan, həm də Rusiya tərəflərinə xatırlatmaq istəyirəm ki, bu dəmir yolu Azərbaycan SSR-in və onun varisi olan Azərbaycan Respublikasının mülkiyyətidir! Mülkiyyət hüquqlarımız Alma-Ata Bəyannaməsinin əlavələri ilə təmin edilir. Qanunsuz ələ keçirilmiş əmlakımız Rusiya Federasiyası tərəfindən özəlləşdirilə bilməz!”-deyə keçmiş nazir vurğulayıb.
Qeyd edək ki, rəsmi Moskva bir neçə gün əvvəl “Tramp yolu”nun (Zəngəzur dəhlizi) perspektivi barədə açıqlama verib. İddia edilib ki, dəmir yolunun “Meğri hissəsi” Rusiya Dəmir Yollarının mülkiyyətidir.