Rusiyada cəzaçəkmə müəssisəsində planlaşdırılan terror aktının qarşısı alınıb.
Modern.az xəbər verir ki, Rostov vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Mərkəzi Asiya ölkələrindən olan məhbuslar tərəfindən regiondakı cəza koloniyasında planlaşdırılan terror aktını önləyib.
"Terror təşkilatının tərəfdarları olan şübhəlilər cəzaçəkmə koloniyasında məhbuslar həbsxana nəzaərtçilərini girov götürmək və inzibati binaları yandırmaq üçün plan hazırlayıblar".
Axtarışlar zamanı şübhəlilərin üzərindən iti bıçaqlar, terror təşkilatının bayrağına bənzər təsviri olan parça və mobil telefonlar tapılıb. Terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb.