Modern.az

Putin Ukrayna müharibəsinə görə Baydeni İTTİHAM EDİB 

Putin Ukrayna müharibəsinə görə Baydeni İTTİHAM EDİB 

Dünya

17 Dekabr 2025, 17:08

"Ukrayna dövlətçiliyi dağılır və Silahlı Qüvvələrinin vəziyyəti də pisləşir".

Modern.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş Kollegiya iclasında söyləyib.

O, Ukraynada müharibəni Rusiyanın deyil, Qərbin başlatdığını deyib.

"Əvvəlki ABŞ administrasiyası (red- Co Bayden administrasiyası) Ukraynadakı müharibəyə səbəb olmuşdu: Vaşinqton və Avropadakı əlaltıları Rusiyanı qısa müddət ərzində məhv edəcəklərinə əmin idilər".

Putin Rusiyanın heç kimi təhlükəsizlik hüququndan məhrum etmədiyini, amma NATO-nun genişlənməməsi də daxil olmaqla, verdiyi vədləri yerinə yetirməkdə israr edəcəyini deyib:

"NATO-nun Şərqə genişlənməyəcəyi açıq şəkildə bildirilirdi. Bəs nə? Onlar vecinə deyillər - bir dalğa digərinin ardınca genişlənmə. Avropanın dialoqa başlayacağına ümid var, amma bu, hazırkı elita üçün mümkün deyil. Rusiya danışıqlar aparmağa və bütün məsələləri sülh yolu ilə həll etməyə hazırdır.

Qərb ölkələri Rusiyanın daxili siyasətinə təsir göstərmək üçün dağıdıcı vasitələrdən istifadə edərək ölkəni daxildən sabitsizləşdirdilər. Qərb ölkələri də oxşar cəhdlər göstərərək, daxili siyasəti pozmaq üçün alətlər yaratmış və istifadə etmişlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır