Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs edilib.
Modern.az "A Haber"ə istinadən xəbər verir ki, test nəticəsi müsbət çıxmış Cebecinin məhkəmə ifadəsi alındıqdan sonra o, "narkotik maddə istifadəsini asanlaşdırma" ittihamı ilə həbs edilib.
Televiziya aparıcısı test nəticəsinin səhv olduğunu iddia edərək, həyatı boyu narkotik maddədən istifadə etmədiyini qeyd edib.
Xatırladaq ki, Cebeci THC (tetrahidrokannabinol) maddəsini qəbul edərək bunu videoya çəkib və görüntüləri məşhur komediya ustası Cem Yılmaza göndərib.