Roma Ukraynaya qoşun göndərmək niyyətində deyil.
Modern.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corciya Meloni ölkə parlamentindəki çıxışında bildirib.
Meloni bildirib ki, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün, digər məsələlərlə yanaşı, ölkələrin könüllü iştirakı əsasında "könüllülər koalisiyası"nın rəhbərlik etdiyi Ukrayna üçün çoxmillətli qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur.
"Təkrar edirəm ki, İtaliya öz əsgərlərini Ukraynaya göndərmək niyyətində deyil", - deyə Meloni bildirib.
Baş nazir bu açıqlamanı 18 və 19 dekabr tarixlərində keçiriləcək Avropa Şurasının iclası ərəfəsində verib. İclasda "könüllülər koalisiyası"nın bir hissəsi olaraq Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi müzakirə olunacaq.