"Air India" 13 ildir itirilmiş hesab edilən "Boeing 737-200" sərnişin təyyarəsini tapıb.
Modern.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Məlumata görə, aviaşirkət təyyarəni Kəlkətə hava limanında uzun müddət park etdiyinə görə böyük məbləğdə cərimələnib.
Məlum olub ki, təyyarə 2012-ci ildən bəri hava limanında olub, lakin aviaşirkətin rəsmi qeydlərindən silinib.
Vəziyyət yalnız hava limanı rəhbərliyinin "Air India"dan təyyarəni park yerindən götürməsini tələb etməsindən sonra aydınlaşdırılıb. Şirkət yığılmış parklanma və texniki xidmət haqlarına görə 114 000 dollar məbləğində pul ödəyib.