Modern.az

ABŞ bizə alçaldıcı şərtlər təqdim edib - Pezeşkian

ABŞ bizə alçaldıcı şərtlər təqdim edib - Pezeşkian

Dünya

18 Dekabr 2025, 12:28

İran prezidenti Məsud Pezeşkian ABŞ-ın danışıqların davam etdirilməsi üçün "alçaldıcı şərtlər" təqdim etdiyini və Tehranın bunu qəbul etməyəcəyini bildirib.

O qeyd edib ki, İran rüsvayçılığa boyun əyməyəcək.

Modern.az xəbər verir ki, Pezeşkçian bu sözləri Tehranda keçirilən bir qrup siyasi elita, tanınmış şəxslər və partiya katibləri ilə görüşdə deyib.

Prezident ölkəsinə qarşı tətbiq edilən sanksiyalar məsələsinə toxunaraq bildirib ki, İran əvvəllər ABŞ-la danışıqlar aparıb və razılığa gəlməyə hazır olub, lakin Vaşinqton müharibəyə əl ataraq razılaşmanı pozub.

Pezeçkian əlavə edib ki, ABŞ indi danışıqların davam etdirilməsi üçün alçaldıcı şərtlər təklif edir.

O, İranın rüsvayçılığa boyun əyməyəcəyini, zəif və parçalanmış ölkə imizini qəbul etməyəcəyini vurğulayıb.

Pezeşkianın sözlərinə görə, İran qarşıdurma axtarmır və Tehranın nüvə bombası istehsal etmədiyini və hər hansı bir yoxlama formasına hazır olduğunu bəyan edib.

Lakin o, qarşı tərəfin İranı bütün güc elementlərindən məhrum etməyə və ölkəni İsrail qarşısında zəiflətməyə çalışdığını bildirib. Prezident əlavə etdi ki, İran sülh axtarır, lakin zorakılığı da qəbul etməyəcək.

Pezeşkian öz administrasiyanın sülh, regional sabitlik və qonşu ölkələrlə qarşılıqlı əlaqə qurmağa çalışdığını vurğulayıb.

Prezident nazirlər kabinetindəki çatışmazlıqlar barədə iddialrı rədd edərək, administrasiyanın həyata keçirilən aydın strateji proqramlara sahib olduğunu söyləyib.

O, əlavə edib ki, təhsil, səhiyyə, nəqliyyat, qonşu dövlətlərlə xarici əlaqələrin genişləndirilməsi və struktur balanssızlığının aradan qaldırılması kimi sahələrdə çox müsbət irəliləyişlər baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır