Modern.az

Slovakiyalı baş nazirin təyyarəsi zədələndi

Slovakiyalı baş nazirin təyyarəsi zədələndi

Dünya

18 Dekabr 2025, 12:54

Belçikanın Brüssel aeroportunda Avropa İttifaqının sammitinə gələn Slovakiyalı baş nazir Robert Fitsonun təyyarəsini zədələyiblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fitso öz “Facebook” səhifəsində yazıb.

“Mürəkkəb sammit Brüsseldə çox pis başladı. Hava limanında traplı maşın bizim təyyarəni zədələdi və o hazırda uçuş üçün yararsızdır”, -deyə Fitso yazıb.

Slovakiya baş naziri, həmçinin Aİ-yə üzvlüyə ümid edən Qərbi Balkan ölkələri ilə sammit çərçivəsində keçirilən görüşü skeptik qiymətləndirib.

Fitsonun sözlərinə görə, o, Avropa İttifaqı institutlarının Serbiyaya qarşı ədalətsiz münasibətinə etiraz etmək məqsədilə bu sammitdə qəsdən iştirak etməyən Serbiya prezidenti Aleksandar Vuçiçə dəstəyini ifadə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır