Modern.az

Paşinyan Qazax-İcevan yolu ilə bağlı Moskvadan XAHİŞ EDƏCƏK

Paşinyan Qazax-İcevan yolu ilə bağlı Moskvadan XAHİŞ EDƏCƏK

Dünya

18 Dekabr 2025, 14:23

Paşinyan Rusiya tərəfindən iki dəmir yolu xəttinin bərpa edilməsini xahiş edib.

Modern.az xəbər verir ki, Paşinyan Azərbaycan istiqamətində Arazdəyən (Yerasx) və Türkiyə istiqamətində Türk Qarakilsəsi dəmiryolu xətlərinin bərpası üçün müraciət edib.

Baş nazir brifinqdə bildirib ki, yaxın gələcəkdə Rusiyadan Qazax-İcevan dəmir yolunun Ermənistan hissəsinin bərpa edilməsini də xahiş etmək niyyətindədir. O bunun regionda kommunikasiyaların açılmasının bir hissəsi olacağını deyib.

Paşinyan Zəngəzurda reallaşdırılacaq "Tramp marşrutu"nun (TRIPP) Ermənistan-Amerika ikitərəfli layihəsi olduğunu və üçüncü ölkələrin bu formatda iştirakının istisna olunduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan "Cənubi Qafqaz Dəmir Yolları" Ermənistan dəmir yollarının idarəçiliyini həyata keçirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır