Modern.az

“Bayden bunu məndən birbaşa soruşdu” - ZELENSKİ

“Bayden bunu məndən birbaşa soruşdu” - ZELENSKİ

Dünya

18 Dekabr 2025, 21:49

ABŞ Prezidenti Co Baydenlə apardığı danışıqlarda dəfələrlə ölkəsinin NATO-ya üzvlüyü məsələsini qaldırıb və bunu Ukrayna üçün real təhlükəsizlik zəmanəti hesab edib.

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, o, Baydendən birbaşa soruşub ki, Ukrayna NATO-ya üzv ola bilərmi? Cavab isə birmənalı olub: “Xeyr, siz NATO-da olmayacaqsınız”. Ukrayna lideri qeyd edib ki, bu mövzuya dəfələrlə qayıtması zamanla Ağ Evdə bəzi şəxslərdə ironik münasibət yaradıb. Onun sözlərinə görə, bu israrlı mövqeyinə görə tez-tez “sərt” adlandırılıb, lakin bunun niyə belə qəbul edildiyini özü də anlamır.

Eyni zamanda Zelenski bildirib ki, NATO kursu ilə bağlı Ukrayna Konstitusiyasında dəyişiklik edilməsini zəruri hesab etmir. Onun sözlərinə görə, Konstitusiyanın taleyini yalnız Ukrayna xalqı həll edə bilər və bu proses hər hansı xarici təzyiq, xüsusilə də Rusiyanın çağırışları olmadan baş verməlidir.

O vurğulayıb ki, Ukraynanın Avroatlantik istiqaməti şüurlu seçimdir və məqsəd ölkə üçün etibarlı, uzunmüddətli təhlükəsizlik təminatları əldə etməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır