Modern.az

Türkiyə Suriyadakı kürd qüvvələrinə xəbərdarlıq etdi

Türkiyə Suriyadakı kürd qüvvələrinə xəbərdarlıq etdi

Dünya

18 Dekabr 2025, 20:23

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı kürd silahlı birləşmələrinə açıq mesaj verib.

Modern.az-ın məlumatına görə, o, "TRT World" telekanalına müsahibəsində bildirib ki, “Suriya Demokratik Qüvvələri”nin (SDQ) prosesi qəsdən uzatdığı qənaəti güclənir və bu vəziyyət Ankaranı qane etmir.

Nazirin sözlərinə görə, Türkiyə Suriyada heç bir terror elementinin ölkənin bərpa prosesinə mane olmasına yol vermək niyyətində deyil. Fidan qeyd edib ki, PKK/YPG ilə əlaqəli SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası çox ləng gedir və bu, narahatlıq doğurur. Onun fikrincə, SDQ vaxt udmağa çalışır və mümkün yeni regional böhranlara ümid bəsləyir.

Hakan Fidan bildirib ki, Suriyadakı müxalif silahlı qrupların böyük əksəriyyəti artıq Suriya Müdafiə Nazirliyinin tabeliyinə keçib, lakin SDQ bu prosesdən kənarda qalıb. Türkiyə tərəfi hərbi üsullara yenidən əl atmaq istəmir, amma vəziyyətin bu cür davam etməsinin də qəbuledilməz olduğunu açıq şəkildə bəyan edir.

Nazir vurğulayıb ki, 10 mart tarixli razılaşma gecikmədən və dəyişdirilmədən icra olunmalıdır. Onun sözlərinə görə, bu razılaşma Suriyanın milli birliyinin təmin olunması üçün vacib addımdır və səbrin tükənmək üzrə olduğunu SDQ də anlamalıdır. Fidan sonda bildirib ki, düzgün yanaşma və əməkdaşlıqla məqsədə çatmağın mümkün olduğuna ümid edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır