Modern.az

Avropa İttifaqı Ukraynaya 90 milyardlıq yardımı təsdiqlədi

Avropa İttifaqı Ukraynaya 90 milyardlıq yardımı təsdiqlədi

Dünya

19 Dekabr 2025, 09:32

16 saatlıq görüşdən sonra Avropa İttifaqı (Aİ) liderləri Ukraynaya 90 milyard avroluq maliyyə dəstəyini təsdiqləyiblər.

Modern.az xəbər verir ki, liderlər bu dəfə də Ukrayna üçün Avropadakı dondurulmuş Rusiya aktivlərindən istifadə etmək məsələsində razılığa gələ bilməyiblər.

Aİ sammitinin sədri Antonio Kosta saatlarla davam edən danışıqlardan sonra sosial mediada yazıb ki, 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avroluq dəstək vermək qərarı təsdiqlənib.

Kosta bu vəsaitlərin mənbəyini dəqiqləşdirməyib, lakin “Reuters” sammitin yekun layihəsinə istinadən bildirib ki, vəsaitlər Aİ büdcəsi ilə təmin edilən kapital bazarlarından borclanma yolu ilə toplanacaq.

Sənəddə həmçinin bildirilir ki, müqavilə Ukraynanın maliyyələşdirilməsində iştirak etmək istəməyən Macarıstan, Slovakiya və Çexiyanın maliyyə öhdəliklərinə təsir göstərməyəcək.

Almaniya kansleri Fridrix Merts Aİ-nin Ukrayna üçün kredit ayırmaq qərarını “Avropanın Putinə açıq və aydın siqnalı” adlandırıb.

“Biz Rusiya aktivlərini də Rusiya Ukraynaya kompensasiya ödəyənədək dondurulmuş vəziyyətdə saxlayacağıq”, - deyə, Merts Aİ liderlərinin Ukraynaya 90 milyard avro məbləğində faizsiz kredit ayrılması barədə qərarından sonra X sosial şəbəkəsində yazıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır