Türkiyə polisi iki həftə ərzində Rusiyada qadağan olunmuş İŞİD terror qruplaşmasına bağlı 170 şübhəlini saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə cümə günü daxili işlər naziri Əli Yerlikaya bildirib.
Yerlikaya sosial mediada yazıb: "İŞİD əleyhinə əməliyyat nəticəsində 32 əyalətdə terror qruplaşmasına maliyyə dəstəyi göstərməkdə və onun daxilində keçmiş fəaliyyətlərdə iştirak etməkdə şübhəli bilinən 170 nəfər saxlanılıb".
Onun sözlərinə görə, həbslər İstanbul, Ankara və digər yerlərdə aparılıb. Şübhəlilərdən 10 nəfər artıq həbs edilib, digərləri ilə bağlı araşdırmalar davam edir.