Modern.az

Rusiya aktivləri “lehinə" səs verilənə qədər dondurulmuş qalacaq

Rusiya aktivləri “lehinə" səs verilənə qədər dondurulmuş qalacaq

Dünya

19 Dekabr 2025, 13:08

Avropadakı Rusiya aktivləri Avropa Birliyi (AB) ölkələrinin əksəriyyəti "lehinə" səs verənə qədər dondurulmuş qala bilər.

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen AB sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

"Rusiya aktivləri Rusiya kompensasiya ödəyənə qədər dondurulub. İndi onların dondurulmasının ləğvi yalnız AB ölkələrinin ixtisaslı səs çoxluğu ilə mümkündür", - o qeyd edib.

Nəşrin məlumatına görə, bunun üçün üzv dövlətlərin 60%-nin, yəni 27 üzv dövlətdən 16-sının "lehinə" səs verməsi lazımdır.

16 saatlıq sammit zamanı Avropa İttifaqı Kiyevin maliyyələşdirilməsi üçün istifadə edilməsi nəzərdə tutulan dondurulmuş Rusiya aktivləri məsələsi ilə bağlı yekdil qərara gələ bilməyib.

Xatırladaq ki, AB liderləri Ukraynaya faizsiz kredit vermək qərarına gəliblər. Ölkələr 2026-2027-ci illərdə Kiyevə 90 milyard avro köçürməyi planlaşdırırlar. Bu, bəzi AB liderlərinin əvvəllər planlaşdırdığı kimi dondurulmuş Rusiya aktivləri hesabına deyil, AB vergi ödəyicilərinin hesabına olacaq.

“Financial Times” qəzetinin məlumatına görə, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin Rusiya aktivlərinin müsadirə edilməsi halında Moskvanın cavab tədbirləri görməyə hazır olması barədə açıqlaması bir sıra Avropa liderlərində narahatlıq doğurmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır