Modern.az

Putin rusların suallarını canlı yayımla cavablandırır

Putin rusların suallarını canlı yayımla cavablandırır

Dünya

19 Dekabr 2025, 14:22

"Vladimir Putinlə ilin icmalı" teleproqramı başlayıb. 

Modern.az xəbər verir ki, teleyayım "Rossiya 1" və "Rossiya 24" televiziya kanalları tərəfindən aparılır.

Rusiya KİV-nin məlumatına görə, vətəndaşlardan təxminən 1 milyondan çox sorğu daxil olub.

Rusiya lideri ictimaiyyətin və medianın suallarını canlı olaraq cavablandırır.

Prezidentin çıxışı zamanı rusların sualları ənənəvi olaraq salondakı ekranlarda nümayiş olunur. Mövzular sosialdan siyasiyə qədər müxtəlifdir.

Keçən il "Vladimir Putinlə ilin icmalı" dörd saatdan çox davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır