İstanbul sazişlərinin bir hissəsi olaraq Rusiya və Ukrayna arasında növbədi cəsəd mübadiləsi baş tutub.
Modern.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin məlumatına görə, Rusiya Ukraynaya 1000, Ukrayna isə Rusiyaya 26 cəsəd təhvil verib.
Cəsədlərin təhvil verilməsi bu yay İstanbul danışıqları zamanı əldə edilən razılaşmalar çərçivəsində həyata keçirilir.
Ukrayna Hərbi Əsirlərlər üzrə Koordinasiya Qərargahı Telegram kanalında bildirib ki, Kiyev 1003 hərbçinin cəsədini geri alıb və cəsədlərin identifikasiyası tezliklə başlayacaq.
Bundan əvvəlki cəsəd mübadiləsi noyabr ayında baş tutmuşdu. O zaman Moskva Kiyevə 1000 hərbçinin cəsədini, Kiyev isə 30 cəsədi təhvil vermişdi.