Modern.az

Putin: Ukrayna ilə sülh danışıqlarını rədd etmirik

Putin: Ukrayna ilə sülh danışıqlarını rədd etmirik

Dünya

19 Dekabr 2025, 15:28

Rusiya Ukrayna ilə sülh danışıqlarını rədd etmir, top tamamilə Qərb tərəfdaşlarımızın meydançasındadır.

Modern.az xəbər verir ki, bunu Putin vətəndaşların suallarını cavablandırarkən bildirib. Onun sözlərunə görə, Ukrayna ilə müharibəni Rusiya bsaşlatmayıb. 

"Qərb və Kiyev Minsk razılaşmalarına əsasən Rusiyanı aldadıb. Biz özümüzü insan itkisinə görə məsuliyyət daşımırıq, çünki bu müharibəni biz başlatmamışıq".

Rusiya lideri ABŞ lideri Trampın Ukraynadakı münaqişənin həlli üçün əhəmiyyətli səylər göstərdiyini qeyd edib. Rusiya prezidenti canlı yayımda bildirib ki, Alyaskadakı görüşdə Moskva praktik olaraq Amerika liderinin təklifi ilə razılaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır