Modern.az

Hakan Fidan ABŞ-a gedir - Sabah Trampın elçisi ilə görüşəcək

Hakan Fidan ABŞ-a gedir - Sabah Trampın elçisi ilə görüşəcək

Dünya

19 Dekabr 2025, 17:04

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah ABŞ-da Qəzzaya dair görüşdə iştirak edəcək.

Modern.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı verdiyi açıqlamada deyilir: "Nazir  sabah ABŞ, Misir və Qətər rəsmilərinin iştirakı ilə Mayamidə keçiriləcək Qəzza ilə bağlı görüşdə iştirak edəcək. Görüş münasibətilə digər regional məsələlərlə bağlı da müzakirələr aparılacaq".

Ağ Evin açıqlamasına görə, ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Uitkoff sabah Mayamidə Qətər, Misir və Türkiyə rəsmiləri ilə Qəzza müqaviləsini müzakirə etmək üçün görüşəcək.

Razılaşmanın ikinci mərhələsi İsrailin Qəzzanın bəzi hissələrindən çıxarılmasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və Trampın rəhbərliyi altında yaradılacaq sülh şurası da daxil olmaqla yeni idarəetmə strukturunun tətbiqini nəzərdə tutur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır