Modern.az

Rusiyada 30 nəfər zəhərləndi - Ölən var

Rusiyada 30 nəfər zəhərləndi - Ölən var

Dünya

20 Dekabr 2025, 00:50

Moskvada yerləşən pansionatda 30 nəfər zəhərlənib.

 

Modern.az xəbər verir ki, bu barədə regionun Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Hadisə nəticəsində bir nəfər ölüb, 27 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Nazirliyin Telegram kanalında dərc olunan açıqlamada deyilir ki, xəstəxanalara yerləşdirilən şəxslərin vəziyyəti orta ağır və ağır qiymətləndirilir.

 

Qeyd olunub ki, zərərçəkənlərə zəruri tibbi yardım göstərilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır