Modern.az

Alimlər limona bənzər planet aşkarlayıb

Alimlər limona bənzər planet aşkarlayıb

Dünya

20 Dekabr 2025, 08:57

NASA alimləri, forması və tərkibi mövcud planet əmələ gəlməsi nəzəriyyələrinə zidd olan olduqca qeyri-adi bir ekzoplanetin kəşf edildiyini elan ediblər.

Modern.az xəbər verir ki, məlumata görə, planet ölçüsünə görə Yupiterlə müqayisə edilə bilər, lakin fiziki xüsusiyyətləri astronomlar tərəfindən əvvəllər müşahidə edilənlərdən kəskin şəkildə fərqlənir.

Həddindən artıq cazibə qüvvəsinin təsiri altında o, uzanmış, limona bənzər bir forma alıb. Alimlər hesab edirlər ki, deformasiya onun ətrafında fırlanan ulduzun güclü cazibə qüvvəsinin təsiri ilə yaranır. Əksər məlum ekzoplanetlərdən fərqli olaraq, o, normal bir ulduz deyil, neytron ulduzunun ətrafında fırlanır. Bu cismin kütləsi Günəşin kütləsi ilə müqayisə edilə bilən, lakin böyük bir şəhərin ölçüsündə sıxılmış formadadır

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır