Modern.az

162 illik şirkət iflas etdi

162 illik şirkət iflas etdi

Dünya

20 Dekabr 2025, 10:23

Almaniyanın tanınmış geyim brendi Eterna iflas müraciəti edib.

Modern.az xəbər verir ki, Almaniyada 1863-cü ildə yaradılan və Türkiyədə də satışı olan hazır geyim markası Eterna maliyyə çətinlikləri səbəbilə iflas müraciəti edib.

Şirkətin müraciəti Yerli Məhkəmə tərəfindən qəbul olunub və proses məhkəmə nəzarəti altında aparılacaq. Eterna rəhbərliyi artan istehsal və əməliyyat xərcləri, eləcə də bazarda tələbin azalmasının bu qərara səbəb olduğunu bildirib.

Qeyd olunub ki, COVID-19 pandemiyası fiziki mağazalara əsaslanan geyim pərakəndəsini ciddi şəkildə zəiflədib və bu, şirkətin maliyyə dayanıqlığını daha da sarsıdıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır