Suriya Prezidenti Əhməd əş-Şaraa X-də ilk paylaşımını edib.
Modern.az xəbər verir ki, Suriya Prezidenti Ahmed Şara sosial media platforması X (keçmiş Twitter) üzərindən ilk rəsmi hesabını yaradaraq Suriya xalqına və bir sıra dünya liderlərinə təşəkkür ünvanlayıb.
Şara paylaşımında Sezar sanksiyalarının tam ləğvindən sonra Suriya xalqını təbrik edib, bu prosesə töhfə verən Türkiyə, ABŞ, Qətər və Səudiyyə Ərəbistanına minnətdarlığını bildirib. O, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi dəstəyə görə ayrıca təşəkkür edib.