Modern.az

Ukrayna Xəzər dənizində Rusiyanın hərbi gəmisinə zərbə endirdi

Ukrayna Xəzər dənizində Rusiyanın hərbi gəmisinə zərbə endirdi

Dünya

20 Dekabr 2025, 12:42

Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində Rusiyanın “Oxotnik” hərbi gəmisinə zərbə endirib.

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"19 dekabr gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiya hərbi dəniz qüvvələrinin "Oxotnik" gəmisini uğurla vurub. Gəmi Xəzər dənizində neft və qaz hasilatı platformasının yaxınlığında patrul xidməti həyata keçirirdi", - məlumatda bildirilib.

Qeyd olunub ki, gəmiyə bir neçə Ukrayna dronu zərbə endirib. Hazırda zərərin dərəcəsi və gəminin gövdə nömrəsi müəyyənləşdirilir.

Bundan əlavə, Ukrayna qüvvələri Xəzər dənizindəki “Lukoil” şirkətinə məxsus Filanovski neft və qaz yatağında qazma platformasına da zərbə endirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır