Modern.az

İran-İsrail müharibəsi yenidən başlayır?

İran-İsrail müharibəsi yenidən başlayır?

Dünya

20 Dekabr 2025, 19:09

İranın ballistik raket istehsalını sürətləndirməsi fonunda yaranan narahatlıqlar İsrailin yeni hərbi planları gündəmə gətirib.

İsrailin baş naziri Beniyamin Netanyahu ABŞ prezidenti Donald Trump ilə planlaşdırılan görüş zamanı İrana qarşı mümkün yeni hücum planını təqdim etməyi planlaşdırır. Modern.az xəbər verir ki, bu barədə NBC telekanalı məsələ ilə tanış olan bir mənbəyə və dörd keçmiş amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail rəsmiləri hesab edirlər ki, İran ballistik raketlərin istehsalı ilə bağlı obyektləri bərpa edir və 2025-ci ilin iyun ayında endirilmiş zərbələr zamanı zədələnmiş hava hücumundan müdafiə sistemlərini təmir edir. İsrail üçün İranın nüvə proqramı hələ də ciddi təhlükə olaraq qalır, lakin Təl-Əvivdə raket potensialının bərpası daha təcili və konkret risk kimi qiymətləndirilir.

NBC-nin mənbələrinin bildirdiyinə görə, Donald Trampın mümkün yeni hücumu əsaslandırmaq üçün istifadə edəcəyi arqumentlərdən biri İranın fəaliyyətlərinin təkcə İsrail üçün deyil, bütövlükdə region və ABŞ-ın maraqları üçün də təhlükə yaratması ola bilər. Bu yanaşmanın Vaşinqtonda qərarvermə prosesinə təsir göstərə biləcəyi istisna edilmir.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, yayılan məlumatlar Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşə biləcəyinə dair narahatlıqları artırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır