Modern.az

Macarıstan Ukraynanın parçalanmasında maraqlı deyil - Orban

Macarıstan Ukraynanın parçalanmasında maraqlı deyil - Orban

Dünya

21 Dekabr 2025, 10:29

Macarıstan Rusiya ilə münaqişə nəticəsində Ukraynanın parçalanmasında maraqlı deyil və qonşu ölkədə sabitliyin bərqərar olmasını istəyir. 

 

Modern.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Seqeddə keçirilən görüşdə hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının fəallarının suallarını cavablandırarkən bildirib.

 

O qeyd edib ki, Ukraynanın parçalanması Macarıstan üçün böyük problem olacaq: "Bunun baş verməməsi üçün çox iş görməliyik. Kəndli yaxşı başa düşür ki, onun torpağının dəyərinə qonşusunun sərvəti də təsir edir", - deyə Baş nazir bildirib.

 

Orban Macarıstanın sabit Ukraynaya ehtiyacı olduğunu vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır