Modern.az

İlham Əliyev Putinlə görüşəcək​​​​​​​

İlham Əliyev Putinlə görüşəcək​​​​​​​

Dünya

21 Dekabr 2025, 12:34

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 21-22-də Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakı gözlənilir.

 

Modern.az xəbər verir ki, bu haqda Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

O vurğulayıb ki, Azərbaycan liderinin Rusiyaya səfərinə hazırlıq gedir. Həmçinin Peskov Sankt-Peterburqda Putinin İlham Əliyevlə ayrı-ayrılıqda görüşüb-görüşməyəcəyi sualına da aydınlıq gətirib:

 

“Bu iki gün ərzində Putin mütləq hamı ilə fərdi şəkildə görüşəcək. Bu cür qeyri-rəsmi ünsiyyət günləri hər zaman ayrıca ikitərəfli görüşlərlə müşayiət olunur. Bu formatın dəyəri də məhz bundadır.”

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır