Modern.az

ABŞ ədalətli razılaşmaya hazır deyil - Abbas Əraqçi

ABŞ ədalətli razılaşmaya hazır deyil - Abbas Əraqçi

Dünya

21 Dekabr 2025, 12:14

"ABŞ İranla ədalətli razılaşmaya hazır deyil".

 

Modern.az-ın məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi bunu "Russia Today"ə verdiyi müsahibədə bildirib.

 

Bu kontekstdə o, Vaşinqtonun həddindən artıq tələblərini və Qərbin İranın ideyalarını rədd etməsini misal gətirib:

 

"Hər şey onların danışıqların diktələrdən fərqli olduğunu başa düşüb-düşməmələrindən asılıdır. Danışıqlar yolu ilə əldə edilən ədalətli və balanslı bir razılaşmaya hazırıq, amma diktələri qəbul etməyə hazır deyilik. Yaxşı ideyalar təklif etdik, amma hamısı rədd edildi. Bundan sonra belə bir nəticəyə gəldik ki, kifayətdir. Onlar ədalətli bir razılaşmaya hazır deyillər".

 

İran xarici işlər naziri əlavə edib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla da əlaqələr kəsilib.

 

"Reallıq budur ki, mən Stiv Uitkoffla əlaqə saxlayırdım və onunla İranın nüvə proqramı ilə bağlı müzakirələr aparırdım, amma bir neçə ay əvvəl bu əlaqələri bitirmək qərarına gəldik. Beş raund danışıqlarımız oldu və hətta altıncı raundu 15 iyuna təyin etdik, amma bundan iki gün əvvəl İsrail bizə hücum etdi və sonra ABŞ da qoşuldu".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır