Modern.az

Rusiyanın Avropanı işğal etmək gücü yoxdur - Qabbard

Rusiyanın Avropanı işğal etmək gücü yoxdur - Qabbard

Dünya

21 Dekabr 2025, 17:44

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard “Röyters” agentliyinin Rusiya Prezidenti Vladimir Putinin bütün Ukraynanı ələ keçirmək və keçmiş Sovet İttifaqına məxsus olan Avropanın bir hissəsini geri qaytarmaq niyyətində olduğu ilə bağlı məlumatını yalan adlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qabbard özünün X səhifəsində yazıb.

 

“Siz Prezident Trampın sülh səylərini əngəlləmək üçün bu yalan hekayəni təbliğ edir və insanlar arasında isterika və qorxu yaradırsınız. NATO və AB-nin əslində istədiyi budur ki, ABŞ ordusunu birbaşa Rusiya ilə müharibəyə cəlb etsin.

 

Son bir neçə ildə Rusiyanın döyüş meydanındakı performansı, onun hazırda bütün Ukraynanı, xüsusən də Avropanı işğal etmək qabiliyyətinə malik olmadığını göstərir”, - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır