Modern.az

Moskvada general ÖLDÜRÜLÜB

Moskvada general ÖLDÜRÜLÜB

Dünya

22 Dekabr 2025, 11:02

Moskvanın cənubunda avtomobilin partladılması nəticəsində rusiyalı general həlak olub.

Modern.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, Rusiya Baş Qərargahının əməliyyat təlimi şöbəsinin rəisi, general-leytenant Fanil Sarvarov aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi açılıb.

İstintaq Komitəsi əlavə edib ki, qətlin əsas nəzəriyyəsi Ukrayna kəşfiyyat xidmətləri ilə bağlıdır.

F.Sarvarov Ukrayna müharibəsindən əvvəl Çeçenistan, Suriya və Cənubi Osetiyadakı hərbi əməliyyatlarda da iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır