Ötən gün Rusiyanın Mıtişi şəhərində yaxt-klubda göyərtəsində 6 nəfərin olduğu aeroqayıq aşıb. "Sever" markalı qayıqda olanlardan 68 yaşlı Viktor Averinin öldüyü, digər sərnişinlərin qəzadan sağ qurtulduğu bildirilirdi.
Yayılan xəbərlərdə qəzada sağ qalan şəxslər arasında Rusiya prezidenti Vladimir Putinin qrup yoldaşı və tələbəlik illərində ən yaxın dostlarından biri Viktor Xmarin də olub. Dostluqdan başqa onlar arasında qohumluq əlaqəsi də qurulub. Belə ki, 1976-cı ildə Xmarin Putinin əmisi qızı Lyubov Kruqlova ilə evlənib.
Modern.az xəbər verir ki, qəzada sağ qurulanlar arasında azərbaycanlı iş adamı, 1964-cü il təvəllüdlü Şəmistan İsmayıl oğlu Əliyevin də olduğu bildirilir. Onun da Viktor Xmarinlə yaxın dost olduğu qeyd edilir.
Hadisə ilə bağlı əlavə məlumatlar verilmir.