Modern.az

Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB

Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB

Dünya

22 Dekabr 2025, 16:34

Ermənistanın Azərbycandan idxal etdiyi "Aİ-95" markalı benzinin satış qiyməti açıqlanıb. 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Birlik Qanadları" siyasi təşəbbüs qrupunun üzvü Raffi Aslanyan öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, sabahdan etibarən idxal olunan "Aİ-95" benzini "Run Oil" şirkətinin yanacaqdoldurma məntəqələrində satılacaq və premium benzinin qiyməti 440 dram (1,97 manat) olacaq.

Xatırladaq ki, Azərbaycanda "Aİ-95" markalı benzinin satış qiyməti 1,60 manat təşkil edir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır