Modern.az

Türkiyə kəşfiyyatından vacib əməliyyat

Türkiyə kəşfiyyatından vacib əməliyyat

Dünya

22 Dekabr 2025, 18:23

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Pakistan-Əfqanıstan sərhədində əməliyyat keçirib, İŞİD-in rəhbər şəxslərindən biri olan Mehmet Gören saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilib ki, aparılan araşdırmalarla "Yahya" kod adlı terrorçunun İŞİD-ə aid təlim düşərgələrində aktiv vəzifə aldığı və zaman içərisində rəhbərlik səviyyəsinə qədər yüksəldiyi müəyyən edilib. Eyni zamanda, onun Əfqanıstan, Pakistan, Türkiyə və Avropada mülki əhalini hədəf alan qanlı intihar əməliyyatlarını həyata keçirməyi qəbul etdiyi və bu istiqamətdə vəzifələndirildiyi məlum olub.

 

Vurğulanıb ki, Pakistanda İŞİD-ə qarşı təşkil edilən hava hücumlarından sağ qurtulan və gizlənməyə çalışan Mehmet Gören MİT-in həyata keçirdiyi əməliyyatla saxlanılaraq Türkiyəyə gətirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır