Modern.az

İstanbuldan İrəvana birbaşa uçuşlar başlayır

İstanbuldan İrəvana birbaşa uçuşlar başlayır

Dünya

22 Dekabr 2025, 19:39

Türk Hava Yolları (THY) gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç “X”də bildirib.

O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində daha yeni bir addımın atıldığını qeyd edib.

Onun sözlərinə görə, THY 11 mart 2026-ci il tarixindən etibarən hər gün müntəzəm şəkildə İstanbul-İrəvan-İstanbul səfərlərinə başlayacaq.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır