Modern.az

Təyyarə hava limanında maşınla toqquşdu

Təyyarə hava limanında maşınla toqquşdu

Dünya

22 Dekabr 2025, 21:30

“Ryanair” aviaşirkətinə məxsus təyyarə Edinburq hava limanında yanacaq daşıyan maşınla toqquşub.

 

Modern.az “The Sun”a istinadla xəbər verir ki, hadisə nəticəsində sərnişinlər təyyarədən təxliyə edilib. Məlumata görə, sərnişinlər Portuqaliyanın Faro şəhərinə uçuş üçün artıq təyyarəyə minmiş və yola düşməni gözləyirdilər. Toqquşma uçuşa hazırlıq mərhələsində baş verib. Hadisədən sonra hava limanına yanğınsöndürmə briqadaları cəlb olunub, hazırda bir yanacaq nasosu ehtiyat rejimində saxlanılır.

 

“Ryanair”in sözçüsü “GB News”a açıqlamasında bildirib ki, dekabrın 22-də Edinburq–Faro marşrutu üzrə reys uçuşa hazırlaşarkən təyyarənin qanad ucu yanacaq maşınının kabinəsi ilə təmas edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır