Modern.az

Tramp Tokayevə də Ağ Evin "açarını" verdi - FOTO

Tramp Tokayevə də Ağ Evin "açarını" verdi - FOTO

Dünya

23 Dekabr 2025, 09:12

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan lideri Kasım-Jomart Tokayevə Ağ Evin simvolik açarını və üzərində imzası olan beysbol papağını hədiyyə edib.

Modern.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Ruslan Jeldibay məlumat yayıb. 

Onun sözlərinə görə, Amerika lideri respublikanın ABŞ-dəki səfiri ilə görüşdə etimadnaməsini təqdim etdikdən sonra qazaxıstanlı həmkarına hədiyyələr təqdim edib.

Tramp həmçinin Tokayevə xoş arzularını çatdırıb və onu "gözəl insan və beynəlxalq məsələləri dərin və balanslı şəkildə anlayan təcrübəli dövlət xadimi" kimi səciyyələndirib.

Tokayev noyabrın əvvəlində Vaşinqtona işgüzar səfər edib.

Tramp Tokayevə də Ağ Evin "açarını" verdi - FOTO

Tramp Tokayevə də Ağ Evin "açarını" verdi - FOTO

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır