Modern.az

Harri Kasparov barəsində həbs qərarı verildi

Harri Kasparov barəsində həbs qərarı verildi

Dünya

23 Dekabr 2025, 12:18

Rusiyada tanınmış şahmatçı Harri Kasparov barəsində “terrorizmə haqq qazandırmaq” ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb.

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, müvafiq qərar Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Məhkəmənin məlumatına görə, istintaq orqanları dekabrın 22-də Kasparovun qiyabi həbs olunması ilə bağlı vəsatət təqdim edib. Hazırda Rusiyada “xarici agent” kimi tanınan, həmçinin terrorçular və ekstremistlər reyestrinə daxil edilən Harri Kasparova qarşı rəsmi ittiham irəli sürülüb.

Kasparov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi — informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terrorizmə açıq şəkildə haqq qazandırmaqda və ona çağırışlar etməklə ittiham olunur.

Qeyd edək ki, Harri Kasparov uzun illərdir Rusiyadan kənarda yaşayır və Kremlin siyasətinə qarşı sərt tənqidləri ilə tanınır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır