Modern.az

Tokayev Trampla Ukrayna barədə danışdı

Tokayev Trampla Ukrayna barədə danışdı

Dünya

23 Dekabr 2025, 19:11

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, liderlər Ukrayna da daxil olmaqla, mövcud beynəlxalq vəziyyəti müzakirə edib .

Məlumata görə, Tokayev bu ilin noyabr ayında Vaşinqtona səfəri zamanı əldə edilən razılaşmaları tam şəkildə həyata keçirməyə sadiq olduğunu təsdiqləyib.

Qazaxıstan lideri ərazi məsələsinin dominant mövqe tutduğu və "meydandakı" real vəziyyəti nəzərə alaraq hər iki tərəfdən güzəştlər tələb etdiyi Rusiya-Ukrayna müharibəsinin həllinin mürəkkəbliyini vurğulayıb.

O qeyd edib ki, Astana buna görə də bütün tərəfləri səbir, çeviklik və peşəkarlıq nümayiş etdirməyə və sülh formulu axtarışını davam etdirməyə çağırır. Tokayev əlavə edib ki, Qazaxıstan vasitəçi olmasa da, lazım gələrsə, xoşməramlılıq ruhunda danışıqlar platforması təqdim etməyə hazırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır