Türkiyədə minimum əməkhaqqının məbləği artırılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan açıqlama yayıb.
Onun sözlərinə görə, yeni minimal əməkhaqqı 28 min 75 lirə (1,114 AZN) olaraq müəyyən edilib.
Qərar 2026-cı ilin yanvar ayından etibarən qüvvəyə minəcək.